“Neftçi”dən bizə deyildi: “Yorulurduq, bezirdik, gözünü yumub-açırdın, yenə…”

3 Oktyabr 2022 23:00 Neftçi 1 173
“Neftçi”dən bizə deyildi: “Yorulurduq, bezirdik, gözünü yumub-açırdın, yenə…”

“Uzun illərdən sonra çempionat 10 komandalı sistemdə keçirilir.

Əvvəlki illərlə müqayisədə fərq hiss olunur. Həm də açıq-aşkar hiss olunur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

Onun bildirdiyinə görə, əvvəlki illərdə eyni komandalara qarşı oynamaq futbolu adiləşdirirdi:

“Yorulurduq, bezirdik. İndi 7 yox, 9 komandaya qarşı oynamalı oluruq. Öncəki illərdə bir rəqibə qarşı oynayırdın, gözünü yumub-açırdın, yenə həmin rəqiblə qarşılaşırdın.

İndiki durum fərqlidir. Baxın, çempionatın avqustun əvvəli başlayıb, ilk dövrə hələ başa çatmayıb.

Səhv etmirəmsə, ikinci dövrənin başlanğıcı oktyabrın sonlarına təsadüf edəcək. Olduqca yaxşı haldır.

Hə, bir də Premyer Liqada bölgə təmsilçilərinin sayının artması. Bakıdan kənardakı şəhər və rayonlarda yerli azarkeşlərin önündə yerli komandaya qarşı oynamaq adama həzz verir.

Hiss edirsən ki, böyük futbol oynayırsan, həyəcan yaşayırsan. İnşallah, “Kəpəz” ev oyunlarını Gəncədə keçirər, onda lap yaxşı olar”.

Digər Xəbərlər
Xəbər Lenti