"Neftçi" rəhbərliyi onu sevənləri necə aldadır? - "Peşəkar" siyasətin "uğurlu" nəticəsi...

15 Avqust 2022 22:20 Neftçi 1 508
"Neftçi" rəhbərliyi onu sevənləri necə aldadır? - "Peşəkar" siyasətin "uğurlu" nəticəsi...

"Neftçi" yenə axtarışdadır - "Günah keçisi".

Bu, bu günün, dünənin yox, artıq neçə illərin oxşar axtarışıdır.

Sonda da ən yaxşı halda baş məşqçi bu "keçi"yə urcah ediləcək.

Eynən Tərlan Əhmədov, Roberto Bordin, Füzuli Məmmədov ən sonda da Samir Abasovda olduğu kimi. Yazıq Abasovu elə yola saldılar ki, sanki "Neftçi"nin bütün uğurlara gedən əl-qolunu bağlayan cani o imiş. Təbii ki, belə görüntüyə rəhbərliyin "peşəkar" siyasətinin "uğurlu" nəticəsi də deyə bilərik. Hə, adıçəkilən mütəxəssislərin də səhvləri yox deyildi.

Həm də normalda uğursuzluq varsa, baş məşqçi günahkar çıxarılmalıdır. Amma son illərin "Neftçi"sində əsla bu belə deyil. İndiki "Neftçi"də baş məşqçi ən sonuncu günahkardı.

Ona kimi isə günahkar n qədərdi. Məşqçi təyinatını gecikdirəndən tutmuş, transfer əməliyyatların yubadana kimi.

Amma heç birində o cəsarət yoxdur ki, önə çıxıb hesab versinlər. Ya yeni təyinatlarda üzə çıxıb bəzəkli vəd verirlər, ya da təsadüf qələbələrdə parlaq gələcəkdən danışırlar.

Zaman isə gedir. Nə vədlər real olur, nə də o parlaq gələcək gəlir. Dəyişən zamanla bərabər, həm də zavallı məşqçilərdir. Bu proseslər heç bir peşəkar kluba yaraşmır. "Neftçi" kimi brendə isə heç yaraşmır.

Səhv yolun istiqamətin, ancaq sadiq fanatlar dəyişə bilər. Ki, onların da əksəriyyətin elə bu rəhbərlik "incə" təbliğatla səhv istiqamətə yönləndirib. Güyammış ki, günahkar qərəzli mətbuatdı. Halbuki məqsəd bir güllə ilə iki quş vurmaqdır. Bununla həmin rəhbərliyi tənqid edən, əməllərini ifşa edən mətbuata inamı azaltmaq və günhakar rəhbərliyin izini itirməklə ən ümdə məqsədi güdürlər.

Amma saf fanat da bir gün ayılıb, acı həqiqəti qəbul edəcək. Gec ya tez. Bu gün də olmasa, sabah mütləq bu olacaq. Onda əzəmətli "Neftçi" fanatlarının önündə durmaq elə də asan olmayacaq...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər