"Neftçi"nin ən çox pul ödədiyi hücumçu "Aruba"ya qismət oldu

7 İyul 2022 01:10 Neftçi 3 105
"Neftçi"nin ən çox pul ödədiyi hücumçu "Aruba"ya qismət oldu

Ötən ayın sonunda "Neftçi"dən ayrılan Tiaqo Bezerra özünə yeni klub tapıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Cənubi amerikalı forvard "Əl-Aruba"ya keçib. 35 yaşlı legioner Əl-Cauf təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

"Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra 25 oyunda 10 qol vurub və komandanın ən məhsuldar futbolçusu olub.

Bakılılar geridə qalan sezon üçün ona 350 min dollar ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti