
İsrail mediası "Neftçi" ilə bağlı yeni iddia irəli sürüb.
"One.co.il" saytı xəbər verir ki, "ağ-qaralar" "Aşdod"da çıxış edən Fares Abu Akellə maraqlanır.
Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilir.
Fares Abu Akel 2019-cu ildən "Aşdod"da forma geyinir.
“Neftçi”dən bu xəbərə münasibət bildirilib.
Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, adıçəkilən legionerlə heç bir danışıqlar aparılmayıb və transferi nəzərdə tutulmaylb: “Bizə daha bu mövqe üzrə yeni futbolçu lazım deyil”.
“Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayefi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.