"Neftçi"nin yeni transferi, Emre Mor və “Napoli”nin ulduzu...

4 İyul 03:30 Neftçi 3 032
"Neftçi"nin yeni transferi, Emre Mor və “Napoli”nin ulduzu...

Baş məşqçi postuna Laurentsiu Reqekapmfı gətirdikdən sonra “Neftçi” daha iddialı heyət formalaşdırmağa çalışır.

Sportinfo.az xəbər verir ki, qanalı futbolçu “Neftçi” ilə 2024-cü ilə qədər müqavilə imzalayıb.

Qanada “Rayt to Dream” akademiyasının yetirməsi olan Donhoy “Mançester Siti”nin aşağı yaş qruplarından ibarət komandalarında oynayıb. Amma o, Mançester klubunun əsas heyətində oyuna çıxa bilməyib.

O, karyerası ərzində "Yurqorden", "Falkenberq", "Nordşelland", "Dinamo"(Drezden) klublarında çıxış edib. 27 yaşlı futbolçu fərqli ölkələrdə, fərqli klublarda oynasa da, komanda yoldaşı olduğu ulduz futbolçuların sayı azdı.

Daniel Amartey - Hazırda Qana millisinin və “Lester”in aparıcı üzvü olan Daniel Amartey “Neftçi”nin yeni transferi ilə “Yurqarden”də birlikdə çıxış edib. Belə ki, hər iki qanalı İsveç klubunda 2013/2014 sezonunda oynayıb.




Stanislav Lobotka – Slovakiyalı futbolçu azərbaycanlı futbolsevərlərə həm millidən, həm də “Napoli”dən tanışdı. Millisinin aparıcı futbolçusu olan 27 yaşlı yarımmüdafiəçi “Neftçi”nin yeni transferini yaxşı tanıyanlardandı. Lobotka da Qodsvay kimi “Nordşelland”də az oynamayıb. Slovakiyalı 2015-ci ildə "Trençin"dən Danimarka klubuna keçmişdisə, Qodsvay bir il sonra bu kluba qoşulmuşdu. Hazırda “Napoli” forması geyinən futbolçu 2017-ci ildə Danimarkanı tərk edərək “Selta”ya keçmişdi. Qodsvay isə 2020-ci ildə “Dinamo”da qısamüddətli icarədən sonra “Makkabi”yə keçib.



Emre Mor - "Fənərbaxça" ilə yeni müqavilə imzalayan Emre də “Neftçi”nin yeni hücumçusunun nəyə qadir olduğunu yaxşı bilir. Hər iki futbolçu “Nordşalland”da birlikdə oynayıb.


Ben Sahar – İsrail futbolunun tanınmış simalarından biri də Ben Sahardı. “Çelsi”, “Portsmut”, “Espanyol”, “Oser”, “Herta” kimi tanınmış klubların hücumçusu olmuş 32 yaşlı forvard Qodsvayla “Makkabi”də komanda yoldaşı olub. Sahar indi də Hayfa klubunun şərəfini qoruyur (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 16:40 Abunə ol və paylaş!