“Neftçi”nin uğursuz çıxış etməsinin əsas səbəbi bundadır”

20 May 2022 17:20 Neftçi 1 804
“Neftçi”nin uğursuz çıxış etməsinin əsas səbəbi bundadır”

“Komandanın mövsümü uğursuz başa vurmasının çox səbəbi ola bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Paytaxt təmsilçisinin baş alıb gedən problemləri, çempionluq və kubok yarışmasından fiaskoya uğraması haqda fikirlərini bölüşən keçmiş funksioner bunları söyləyib:

“Meydançada olan, uğursuzluğu uğura çevirən futbolçulardır. Çemıpionluğa oynayırsansa, heyəti gücləndirməlisən. Kuboka oynayırsansa, heyəti geniş tutmalısan.

Uğur qazanmaq üçün futbolçu amili birinci dərəcəli rol oynayır. Düzdür, mənim dönəmim də də transfer siyasətində səhvlər olub.

Mma yaddan çıxarmayaq ki, bu, hər klubda olur sə səhvlər qaçılmazdır. Uğursuzluq varsa, oyunçu keyfiyyətinin aşağı düşməsi etiraf olunmalıdır.

Məncə, “Neftçi” çempion titulunu qorumaq üçün yayda daha keyfiyytli transfer etməli idi. Heş olmasa, indi komandada olanlardan bir baş üstün futbolçular gətirməli idilər.

“Neftçi”nin bütün hədəflərindən uzaq düşməsinin əsas səbəbi olaraq yanlış transfer siyasətini görürəm. Azarkeşlərlə münasibətlər də qaydasında deyilsə...

Əgər bir nəfərin ürəyini qırırsansa, orada əmələ gələn çatı bərpa eləmək çətin məsələdir. Həyatdır, yaşayıb görəcəyik. Azarkeşlər Samir Abasovla barışa da bilər, barışmaya da”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!