
"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Türkiyəyə yollanıb.
Onun bu səfəri həm şəxsi, həm də iş fəaliyyəti ilə bağlıdır.
Keçmiş klub funksioneri Antalyanın Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşıb.
Bu otelin adı sizə tanış gəldi? Axı "Neftçi" də təlim-məşq toplanışı üçün sözügedən məkanı seçib.
Sabiq komandasının qaldığı otelə üz tutan Sultanov elə onlarla eyni gündə – yanvarın 25-də geri qayıdacaq.
Amma elə zənn etməyin ki, Sultanovun səfər xərclərini "Neftçi" rəhbərliyi qarşılayıb. Bütün məsrəfi otelin idarəçiləri çəkib.
Onlardan nə əcəb? Hə, Sultanov onlarla çoxdan münasibət qurub.
İstər "Sumqayıt"da, istərsə də "Neftçi"də çalışarkən, toplanış üçün bu otelin xidmətindən istifadə edib. Yerli yönəticələr də həmin jestin qarşılığını bu cür verməyi lazım bilib.
SPORTİNFO.AZ