"Neftçi"nin məşqçisinə Türkiyə klubundan təklif gəldi

21 Yanvar 2022 10:40 Neftçi 1 643
"Neftçi"nin məşqçisinə Türkiyə klubundan təklif gəldi

"Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo Türkiyədən dəvət alıb.

Ona "Altay"dan təklif gəlib.

Belə ki, İzmir klubunun yeni baş məşqçisi Mert Nobre ispaniyalını öz korpusunda görmək istəyir.

Daha əvvəl burada Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan 41 yaşlı mütəxəssis mövsümün sonunadək "ağ-qaralar"ın sükanı arxasında olacaq.

Mert Nobre Eduardo Karo ilə "Gənclərbirliyi"ndə işləyib. Onadək "Sumqayıt"da Ayxan Abbasovun köməkçisi olan ispan 2020-ci ilin yayında Türkiyənin yolunu tutub.

Nobre Ankara komandasından istefaya göndəriləndən bir müddət sonra – 2021-ci ilin əvvəlində Eduardo "Neftçi"yə gətirilib.

Onun təkrar Nobrenin yanına yollanıb-yollanmayacağı hələ tam dəqiq deyil. Getməsi də mümkündür, qalması da.

Faiz etibarilə götürsək, "Neftçi"də işini davam etdirməsi ehtimalı nisbətən yüksəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti