"Neftçi"nin braziliyalı hücumçusu: "Yaxşı deyilik"

23 Noyabr 2021 14:20 Neftçi 617
"Neftçi"nin braziliyalı hücumçusu: "Yaxşı deyilik"

"Buraya böyük nikbinliklə gəlmişəm.

Komandada işlərimin daha yaxşı olmasını istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin braziliyalı legioner Roman Maçado ölkəsinin "Lance" nəşrinə açıqlamasında deyib.

30 yaşlı forvard paytaxt təmsilçisində xoşbəxt olduğunu bildirib:

"Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm.

Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".

"Neftçi" sentyabrın 1-də Roman Maçado ilə mövsümün sonadək müqavilə imzalayıb. O, indiyədək "ağ-qaralar"da 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu