Honda yeni klubunu "Neftçi" ilə MÜQAYİSƏ ETDİ

15 Sentyabr 2021 09:20 Neftçi 1 832
Honda yeni klubunu "Neftçi" ilə MÜQAYİSƏ ETDİ

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Litvanın "Suduva" komandasına keçidinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunun iki məsələ ilə bağlı olduğunu bildirib.

Təcrübəli oyunçunun sözlərinə görə, birinci səbəb "Suduva"dan gələn təklifin onun üçün yeni çağırış olmasıdır:

"İkincisi isə klubun iddiasıdır. "Suduva"nın da keçmiş komandam olan "Neftçi" kimi çempion olmaq şansı var".

Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. 35 yaşlı futbolçu ilə son ölkə çempionu ilə rəsmi müqavilə imzalayıb.

Sözləşmənin detalları açıqlanmayıb. Təcrübəli oyunçu yeni komandasında 3 nömrəli forma ilə çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi