Namiqdən yeni xəbər var

23 İyul 2021 14:00 Neftçi 1 354
Namiqdən yeni xəbər var

"Olimpiakos"la oyunda ciddi zədə alaraq meydanı tərk edən Namiq Ələsgərov 1 saat sonra əməliyyat olunacaq.

Bunu Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi əməliyyat bitən kimi Namiqin son durumu ilə bağlı rəsmi açıqlama verəcəklərini də sözlərinə əlavə edib.

Ələsgərov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Olimpiakos"la baş tutan səfər oyununun 43-cü dəqiqəsində rəqib futbolçunun vurduğu təpik zərbəsindən sonra ciddi xəsarət alıb.

Onun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

Digər Xəbərlər
Xəbər Lenti