“Neftçi”də xoşbəxt deyil - Belçikanın bir neçə klubunun maraq dairəsindədir

16 İyun 2021 11:00 Neftçi 1 855
“Neftçi”də xoşbəxt deyil - Belçikanın bir neçə klubunun maraq dairəsindədir

“Neftçi” daha bir legioneri ilə yollarını ayıra bilər.

Sportinfo.az-ın Belçika mətbuatına istinadən məlumatına görə, müdafiəçi Tallison Diazın bu ölkəyə qayıtmaq variantı yaranıb.

Bildirilib ki, “Sent-Truyden”in sabiq sol cinah oyunçusu Belçikanın bir neçə klubunun maraq dairəsindədir.

Yeganə problem kimi 30 yaşlı braziliyalının “Neftçi” ilə müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Futbolçu “ağ-qaralar”da müntəzəm oynamadığı üçün komandadakı durumundan da məmnun deyil.

O, ötən mövsüm Premyer Liqada 18 matçda meydana çıxıb. Tallison Diaz “Neftçi”yə ötən ilin yayında “Quarani”dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti