"Neftçi"də Hondadan başqa futbolçu yoxdur ki? – ŞİKAYƏTÇİLƏR ARTIR

23 Aprel 2021 17:40 Neftçi 1 808
"Neftçi"də Hondadan başqa futbolçu yoxdur ki? – ŞİKAYƏTÇİLƏR ARTIR

«Neftçi» Premyer Liqanın son turunda «Zirə» tilsimini qırdı və yenidən çempionluq yolunda «Qarabağ»ın təbiqinə keçdi.

İndi onlar arasında xal fərqi cəmi 1-dir.

Bu, bakılı azarkeşləri ümidləndirməklə yanaşı, komandadan gözləntilərini yenidən artırıb. Axı 7 illik arasından sonra çempionluğa yaxındılar və hər şey «ağ-qaralar»ın öz əlindədir.

İndi həssas bir məqamdır. Belə vaxtda istənilən hal və ya hadisə kollektivə müsbət, yaxud mənfi təsir edə bilər.

Təəssüf ki, klub rəhbərliyi futbolçuları qorumaq kursu götürməyib: ayrı-seçkilik edirlər. Bunu düşərgədən aldığımız məlumatlar da təsdiqləyir.

Narahatlıq yaradan olay rəsmilərin Keysuke Hondaya əlahiddə münasibət bəsləməsi, digərlərinə isə barmaqarası yanaşmasıdıır.

Yaponiyalı yarımmüdafiəçinin karol olaraq qəbul görülməsi Sabir Buqrin, Stiven Monroz və Emin Mahmudov kimi aparıcı oyunçularda haqlı narazılııq yaradıb.

Martın 15-də 2 aylıq müqaviləyə qol çəkən 35 yaşlı keçmiş ulduz kollektivdə demək olar heç kimə qaynayıb-qarışmıır, məşqlərə onun üçün ayrılmıış mikroavtobusla gedib-gəlir.

Yaponiyalını hər addımda xüsusi qrup müşayiət edir, hansılar ki, Azərbaycana özüylə gətirib. Honda fərdi məşqçinin proqramıyla çalışır, ağır hazırlıq prosesində iştirakdan imtina edir.

Məşqlərdə necə görünməsindən asılı olmayaraq, son 2 turda meydana çıxıb və qarşıdakı turlarda da start heyətində yer alması gözlənilir. Rəhbərlik onun üstündə yarpaq kimi əsir, hər addımıyla maraqlanır və bir şey olmamış yanında peyda olur.

Təbii ki, bu da o biri oyunçuların gözündən qaçmır və hamısında qıcıq yaradır. «Bəs biz? Komandanı qızıl medallara iddialı duruma gətirən bizik, onda Honda harada idi?» - bu kimi suallar verirlər.

Mikayıl İsmayılovla Zaur Qəhrəmanovun birgə qərarıyla «Neftçi»yə gətirilən Hondaya yeni komanda yoldaşlarının onun barədə nə düşünməsi qətiyyən maraqlı deyil. Eləcə də Samir Abasovun nə fikirdə olması.

Yaponiyalı özünü «Neftçi»nin potensial baş məşqçisi kimi aparır. Bilir ki, rəhbərlik onun bircə dəfə «hə» söyləməsinə bənddir: razılıq versə, yayda sükan arxasına əyləşdirəcəklər.

Komanda çempion olsa necə? Bu, başbilənlər üçün o qədər də fərq eləmir və Samir Abasovun mövqeyini möhkəmləndirməyəcək.

Hələ həftələr öncə Hondadan baş məşqçi olmaq istəyib-istəməməsi soruşulub. Və bu, futbolçuların özünə də məlumdur.

Ona görə də nə Kamran Quliyevə inanırlar, nə də digərlərinə. Buradakıların ürək qıızrdığı yeganə şəxs Elnur Eyvazovdur, amma ki, vitse-prezident səlahiyyət çərçivəsini aşmır, bu işlərə qarışmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti