"Neftçi"nin göndərilməsi qətiləşən daha bir futbolçunun kimliyi məlum oldu

17 Aprel 2021 15:00 Neftçi 1 096
"Neftçi"nin göndərilməsi qətiləşən daha bir futbolçunun kimliyi məlum oldu

"Neftçi"nin cari mövsümün sonunda Rener Alveslə yollarını ayıracağı bilinir.

Baş məşqçi Samir Abasov ötən yay bura gələn braziliyalı müdafiəçi haqda bildirib ki, ona şans vermək yox, ondan uzaqlaşmaq lazımdır:

"Çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik".

Rener Alveslə yanaşı, onun həmyerlisi Tallison Diaz da Samir Abasovun "qara siyahı"sında yer alıb.

Ötən ilin noyabrında komandanın sükanı arxasına keçən mütəxəssis 2020-ci ilin yayında düşərgəyə gələn braziliyalı müdafiəçidən narazılığını ifadə edib.

O, rəhbərlikdən cənubi amerikalı cinah oyunçusunun müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyib.

Abasovun üstündən xətt çəkdiyi daha bir legioner Bruno Teluşidir. Çalışdırıcı müqaviləsi mövsümün sonunda başa çatacaq albaniyalı dayaq yarımmüdafiəçisinə yeni kontrakt təklif olunmasını istəməyib.

30 yaşlı Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib,

Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) millisinin də şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti