Hədiyyə verdi, “2” aldı, yada salan olmadı – Kamran Quliyevin

7 Aprel 2021 21:00 Neftçi 953
Hədiyyə verdi, “2” aldı, yada salan olmadı – Kamran Quliyevin

Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Sumqayıt” oyunundan öncə meydan sahiblərinin kapitanı Emin Mahmudova hədiyyə təqdim olunub.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində 100-cü matçına çıxan kapitana bu hədiyyəni klubun prezidenti Kamran Quliyev verib.

Maraqlıdır ki, bu görüş elə prezidentin özünün də “Neftçi”nin rəhbəri kimi 100-cü matçı olub.

Ona hədiyyə verən olmasa da, “Sumqayıt” onun komandasına “2” verib. Söhbət qonaqların 2:0 hesablı qələbə ilə lideri zirvədən endirməsindən gedir.

Maraqlıdır ki, “Neftçi”yə qədər “Sumqayıt”ın prezidenti olan Quliyevin yeni klubundakı ilk matçı da sabiq komandasına qarşı olmuşdu.

2018-ci il fevralın 16-da paytaxt klubuna rəhbər təyin olunan funksioner ertəsi gün “Sumqayıt”dan elə indiki kimi “2” almışdı – 0:2.

Sabiq klubuna iki eyni hesablı məğlubiyyət arasındakı 3 il aylıq müddətdə bakılılar daha 98 oyuna çıxıb. Quliyevin prezidentliyi dövründə “Neftçi” Avropa Liqasında 10, Azərbaycan kubokunda 8, Premyer Liqada 82 görüş izləyib.

İndiki prezidentin rəhbərliyi dövründə “Neftçi” 56 qələbə qazanıb, 23 heç-heçə edib və 21 dəfə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti