Samir Abasov: "Bizim Messi və Ronaldumuz yoxdur, həddindən çox əsəbiyəm"

25 Fevral 2021 18:20 Neftçi 1 106
Samir Abasov: "Bizim Messi və Ronaldumuz yoxdur, həddindən çox əsəbiyəm"

"Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu.

Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Buraxdığımız qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik.

Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir: "Həddindən çox əsəbiyəm. "Zirə" çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm".

Abasovun sözlərinə görə, futbolçularına oyuna sakit başlamaq tapşırığı vermişdi: "Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər.

Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. "Qəbələ" ilə matçda da belə oldu. Bizim Messi və Ronaldumuz yoxdur.

Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasını bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq".

"Oyunun içində reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimizi məhdud çərçivə içindədir.

Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Əhməd Əhmədov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ 2-ci oyunu idi".

Digər Xəbərlər
Xəbər Lenti