"Neftçi"nin prezidenti toplantı keçirdi, iddia etdi: "Bizə mane olmaq istəyirlər"

22 Fevral 2021 20:20 Neftçi 1 240
"Neftçi"nin prezidenti toplantı keçirdi, iddia etdi: "Bizə mane olmaq istəyirlər"

"Neftçi"nin prezidenti Kamran Quliyev bir qrup azarkeşlə görüşüb.

Sportinfo.az-ın klubdan aldığı məlumata görə, toplantı bazada baş tutub.

AFFA-nın təqdimatı ilə paytaxt təmsilçisinin rəhbərliyitnə gətirilmiş və hazırda SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Cəbrayılov tərəfindən dəstəklənən Quliyev əsas komandanın cari mövsümdəki çıxışı ilə bağlı fikir mübadiləsi aparıb.

O, ölkə kubokunda mübarizəni erkən dayandırmağın gözlənilməz olduğunu və bundan təəssüfləndiyini bildirib. Kamran bəy Premyer Liqanı qazanmaq üçün çalışdıqlarını söyləyib.

Dörd ilə yaxındır «ağ-qaralar»ı idarə edən şəxs bu yolda fanatlardan dəstək istəyib, onlardan sosial şəbəkələrdə fəal olmalarını xahiş edib.

Quliyev iddia eləyib ki, son vaxtlar bəzi mətbu orqanlar «Neftçi»nin əleyhinə kampaniya aparır və bu, komandanın çempionluq yürüşünə mane olmaq məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda