"Neftçi"nin prezidenti olmaq üçün RAZILIQ ALDI

25 Yanvar 2021 17:40 Neftçi 1 663
"Neftçi"nin prezidenti olmaq üçün RAZILIQ ALDI

AFFA-nın «Neftçi» ilə bağlı mövqeyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Kamran Quliyevin klubun prezidenti postundan uzaqlaşdırılmasına tərəfdardır.

O, «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayevin «ağ-qaralar»ın rəhbərliyinə gətirilmək istəməsinə müsbət yanaşıb. E.Məmmədov O.Abdullayevdən məsələnin deyilən istiqamətdə həlli üçün bir qədər gözləməyi xahiş edib.

Bugünlərdə məlumat vermişdik ki, «Neftçi»nin prezidenti Kamran Quliyevə daha bir rəqib üzə çıxıb. Oqtay Abdullayev paytaxt klubuna rəhbərlik etmək iddiasını ortaya qoyub.

I Divizion təmsilçisi ilə yanaşı, «Neftçi» Veteranlar Klubunun və Futbol Veteranları İttifaqının rəhbəri olan Abdullayev bu istəyini AFFA-ya bildirib.

Federasiya mənsubları ıilə görüşən Oqtay bəy niyyətinin ciddi olduğunu söyləyib. O, artıq «Turan»da çalışmaqdan yorulduğunu, bundan sonra bütün enerjisini «Neftçi» yolunda sərf etməyi arzuladığını vurğulayıb.

Abdullayev AFFA rəsmilərinə «Neftçi»nin «şinel»indən çıxmasını xatırladıb və bildirib ki, bu klubu ondan yaxşıı heç kim idarə edə bilməz. Sədr Kamran Quliyevin paytaxt təmsilçisinə heç bir bağlılığının olmadığını qeyd eləyib və onun uğursuz fəaliyyətini bununla əlaqələndirib.

«Neftçi» veteranlarının bir nəfər kimi onu dəstəklədiyini açıqlayan iddiaçı «klubdn yetirməsiyik və buranı da biz idarə etməliyik» deyib.

Abdullayev özünün və idarəçi komandasının iş başına gəlmədiyi müddətcə «Neftçi»nin keçmiş nüfuzunu geri qaytarmayacağını, titullar qazana bilməyəcəyini diqqətə çatdırıb.

O, görəvə gələcəyi təqdirdə, baş məşqçi postuna veteran futbolçulardan birini təyin edəcəyini vurğulayıb. İndi icraçı vitse-prezidentin ona «bir qədər gözləyin» söyləməsi təsadüfi deyil.

Elxan Məmmədov Kamran Quliyevi 2011-ci ildə «Sumqayıt»ın başına gətirib, oradan da «Neftçi»yə keçidini təşkil edən əsas şəxsdir. Lakin tərəflərin arasında bir müddətdir «soyuq küləklər» əsir.

Quliyevin SOCAR-ın vitse-prezidentinin müavini, 2015-ci ildən "Neftçi”nin Müşahidə Şurasının üzvü olan Cəbrayıl Cəbrayılovun patronajlığını qəbul etməsi Məmmədova pis təsir edib.

Burada çalışan hər kəsə bəllidir ki, klubun prezidenti artıq bütün vacib məsələlərin müzkirəsi üçün Cəbrayılovun görüşünə tələsir. Quliyev AFFA-dan gələn təlimatları çox vaxt mədəni surətdə geri çevirir, bir yolla yerinə yetirmir.

Ondan qabaq Elnur Məmmədovla Orxan Hüseynzadə də oxşar səhvlərlə yadda qalmışdı və hər ikisi cəzalandırıldı. Kamran Quliyevi də fərqli aqibət gözləmir.

Sadəcə, geci-tezi var. Axı «Neftçi» həmişə üzdə və gözdə olan klubdur - burada rəhbər olmaq buz üstündə gəzişmək qədər təhlükəlidir, hər an sürüşüb yıxıla bilərsən.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!