"Neftçi"dən aldığı pullarla özünə biznes qurmağa başldı, futbol yaddan çıxdı

18 Yanvar 2021 15:00 Neftçi 1 621
"Neftçi"dən aldığı pullarla özünə biznes qurmağa başldı, futbol yaddan çıxdı

AEL (Larissa) "Neftçi"nin sabiq legioneri Vangelis Platellasla yollarını ayırır.

Rəhbərlik çıxışından razı qalmadığı oyunçularla müqavilələri ləğv edir. Bunların arasında adıçəkilən yarımmüdafiəçi də var.

Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyulunadək "Neftçi"də çıxış edib. O, 2020-ci ilin avqustunda Yunanııstan klubu ilə iki illik müqavilə imzalayıb.

Yunan futbolçu Azərbaycanda keçirdiyi hər ay 15 min dollar qazanırdı. AEL-də isə bu məbləğin yarısını əldə etməyib. Larissa təmsilçisində onu uğursuz edən də budur.

Platellas Bakıdan apardığı pullarla ölkəsində yeni biznes qurmağa başlayıb və futbol onun üçün bir növ arxa plana keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti