Millimizin "Qarabağ"lı futbolçusu UEFA üçün şeir oxudu

30 Aprel 2020 21:00 Milli komanda 667
Millimizin "Qarabağ"lı futbolçusu UEFA üçün şeir oxudu

UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejimində azyaşlı futbolçuları sevindirmək məqsədilə təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub.

Sportinfo.az xəbər verir ki, 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan onlayn görüşdə Avropa futbolunun aparıcı məşqçiləri və oyunçuları ilə yanaşı, Azərbaycan millisi və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də "müəllim" qismində iştirak edib.

Əvvəlcə karyerası barədə məlumat verən 28 yaşlı futbolçu "Qarabağ"la qazandığı tarixi uğurlardan söz açıb. Ardınca Azərbaycanın tanınmış şairlərindən Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.

Q.Qarayev sonda isə uşaqlara pandemiya dövründə evdə qalmağı və gigeyena qaydalarına ciddi əməl etməyi məsləhət görüb.

"Çempion müəllimlər" rubrikasında Qara Qarayevlə yanaşı, Belçika millisinin ispaniyalı baş məşqçisi Roberto Martines, UEFA qadın futbolunun rəhbəri və "Qızıl top"un keçmiş sahibi Nadin Kessler, Qazaxıstanın "Astana" klubunun yarımmüdafiəçisi Abay Junusov da uşaqlara maraqlı hekayələr, nağıllar danışıb, şeir deyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!