"Fəxr edirəm ki, Azərbaycanı 4:0 udduq" - Maykl O Nil:

27 Aprel 2020 12:16 Milli komanda 481
"Fəxr edirəm ki, Azərbaycanı 4:0 udduq" - Maykl O Nil:

“Hər dəfə meydana çıxanda, xüsusən də evdə oynayanda əhval-ruhiyyəmiz yaxşı olurdu, qalib gələcəyimizi hiss edirdik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Şimali İrlandiya yığmasının sabiq baş məşqçisi Maykl O Nil deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bəzən həyatları üçün mübarizə aparmalı olublar. Lakin baş məşqçi son görüşdə - 2019-cu ilin noyabr ayında Almaniyaya 1:6 hesabı ilə uduzduqları matçda əzildiklərini etiraf edib.

O, 2016-cı ildə Azərbaycanı məğlub etdikləri DÇ-2018-in seçmə mərhələsinin oyunundan da danışıb: “Fəxr edirəm ki, Azərbaycanı evdə 4:0 hesabı ilə məğlub etdik. Bu görüşdən sonra Xorvatiya ilə yoldaşlıq matçı keçirdik.

Conni Evans ikinci övladı olduğu üçün evinə getdi, ancaq yoldaşlıq matçı üçün geri qayıtdı. Sadəcə keçmişdə belə olmazdı. Bu bağlılığı gördükdə bilirsən ki, düzgün istiqamətdə getmisən”.

O Nil hesab edir ki, "Vindsor Park" stadionunun bərpası onun 8,5 il çalışdığı Şimali İrlandiya millisinin yenidən qurulmasında əsas rol oynayıb:

"Geriyə baxanda görürəm ki, stadion yenidən qurulduqdan sonra komandamızın pis oynadığı, futbolçuların sürətlə və enerji ilə çıxış etmədiyi qarşılaşmaların sayı az olub".

Şimali İrlandiya millisi Azərbaycanı DÇ-2018-in seçmə matçında 4:0 hesablı məğlubiyyətə uğradıb. Maykl O Nil bu yaxınlarda istefa verdiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti