Millimizin futbolçusu "Youtube"a çıxdı, "darıxıram" dedi

1 Aprel 2020 13:26 Milli komanda 680
Millimizin futbolçusu "Youtube"a çıxdı, "darıxıram" dedi

İspaniya Sequnda təmsilçisi “Albasete”də çıxış edən Eddi İsrafilov koronavirusla bağlı karantində qalmasından danışıb.

Sportinfo.az xəbər verir ki, klubun rəmsi "Youtube" kanalına açıqlama verən millimizin üzvü vaxtdan səmərəli istifadə etməyə çalışdığını bildirib.

“Boş vaxtlarda adətən kitab oxumaq, film izləmək və oyun oynamaq olar. Mən də eynən belə edirəm. Bəzən darıxdırıcı olsa da, bunlara əməl etməliyik.

Əgər söhbət sağlamlığımızdan gedirsə, ciddi yanaşmalıyıq. Boş vaxtlatdan səmərəli istifadə etmək lazımdır. Futbol üçün hamımız darıxırıq. Tez bir vaxtda hər şeyin düzələcəyinə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!