Azərbaycan millisinin yeni baş məşqçisinə təklif olunan maaş

26 Mart 2020 19:45 Milli komanda 1 374
Azərbaycan millisinin yeni baş məşqçisinə təklif olunan maaş

Azərbaycan millisinin yeni baş məşqçisinin yerli olması ehtimalı güclənib.

Sportinfo.az bu barədə məlumatı AFFA-dan əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, koronavirus pandemiyasının uzanması planlarda dəyişikliyə səbəb olub.

Belə ki, həm dünyanı bürüyən xəstəlik, həm də neftin qiymətinin kəskin aşağı düşməsi ciddi problemlər əmələ gətirib. Bu, özünü əsasən maliyyə çağışmazlığında göstərir.

Odur ki, B variantını təkrar gündəmə qaytarıb. Burada isə mövzu yığmanın 1 il müddətinə azərbaycanlı məşqçiyə tapşırmaqdır. Hansı ki, aylıq maaşı 8-10 min manatı keçməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti