Millimiz makedonlara qarşı

25 Yanvar 2020 13:29 Milli komanda 539
Millimiz makedonlara qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Milli daha öncə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasını 4:2 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti