Fransa millisinin sabiq yarımmüdafiəçisi Yuri Corkayeff Braziliya yığmasının 2026-cı il dünya çempionatındakı çıxışını tənqid edib.
“Sambaçılar” 1/8 finalda Norveç millisinə 1:2 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıblar.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, hazırkı Braziliya millisinə baxmağın adamın ürəyini bulandırdığını bildirib:
“Biz Braziliyadan danışırıq. Braziliya – Norveç matçını izlədiz? Bu Braziliya millisinə baxmaq adamın ürəyini bulandırır.
Demək olar ki, beş ildir oynamayan 35 yaşlı Neymar (əslində, 34 yaşı var – red) gəlir və oyunun sonunda nəsə yaratmağa çalışır.
Bəs qalanları haradadır? O texnikalı braziliyalılar hara yoxa çıxıb? Lukas Paketa və ya başqaları barədə deyilənlər məni inandıra bilməz.
Düzü, bu, normal deyil. Keyfiyyətdən danışanda ilk növbədə topa nəzarəti nəzərdə tuturam. Braziliya – Norveç oyununda Erlinq Halandın vurduğu ikinci qola baxın.
O, topu qəbul edir, vəziyyəti düzgün qiymətləndirir, vaxtdan və boş zonadan maksimum yararlanır, sonra isə topu önünə atıb zərbəni vurur. Hər şey çox sadədir.
Endrik isə qapıçı ilə təkbətək çıxanda sadəcə topu onun üstünə göndərdi. Həmin epizodda top Ronaldoda (Braziliya millisinin sabiq hücumçusu) olsaydı, qapıçını tam aciz vəziyyətə salar və rahatlıqla qolunu vurardı”.

