Ruslan Rotan: "Azərbaycanla oyun gözlədiyimiz kimi keçmədi"

19 Noyabr 2019 23:47 Milli komanda 486
Ruslan Rotan: "Azərbaycanla oyun gözlədiyimiz kimi keçmədi"

Ukraynanın U-21 millisinin baş məşqçisi Ruslan Rotan Bakıda Azərbaycanla keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 hesabı ilə başa çatan oyunu şərh edib:

“Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, yaxşı mənada təəccübləndirdi. Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik. Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin əl işidir. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı