De Byazi hirsləndi, bu sözləri işlətdi, futbolçuları danladı!

27 Mart 2023 09:40 Milli komanda 695
De Byazi hirsləndi, bu sözləri işlətdi, futbolçuları danladı!

Millinin baş məşqçisi Canni De Byazi futbolçuları danlayıb.

O, AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriyaya 1:4 hesablı məğlubiyyət barədə komandadaxili toplantıda danışıb.

İtaliyalı bildirib ki, belə yenilgi çox üzücü haldır, çünki fərdi səhvlər rəqibin asan qollar vurmasına səbəb olub.

Apenninli mütəxəssis iddia edib ki, oyunu taktiki cəhətdən düzgün qurub, amma ilk 20-25 dəqiqədən sonra icraçılar verilən tapşırıqları yerinə yetirməyib.

«Çox zəif oynadız və mənə ən çox təsir edən də budur» söyləyən De Byazi deyib ki, o, İsveçlə qarşılaşmada bəzi dəyişiklərə əl atacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!