Azərbaycan millisi Litvaya qalib gəldi - Su İdman Sarayında

20 May 2022 01:30 Milli komanda 639
Azərbaycan millisi Litvaya qalib gəldi - Su İdman Sarayında

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Millinin heyətində Ramil Əliyev fərqlənib.

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan yığması 5:4 hesablı qələbə qazanıb.

Komandalar arasında mayın 20-də və 21-də daha iki oyun nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti