Azərbaycan millisi "İnkişaf"da - Zambiyaya məğlub oldu

14 May 2022 01:10 Milli komanda 710
Azərbaycan millisi "İnkişaf"da - Zambiyaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşan yığma 1:3 hesabı ilə məğlub olub.

Komandanın heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.

U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti