Ronaldo - nişan üzüyünə ən çox pul xərcləyən ilk futbolçu

7 Oktyabr 2020 23:40 Maraqlı 3 008
Ronaldo - nişan üzüyünə ən çox pul xərcləyən ilk futbolçu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo sevgilisi Corciana Rodriqesə 615 min funt-sterlinq (təqribən 672 min avro) dəyərində yaqut qaşlı nişan üzüyü alıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı oyunçu bununla nişan üzüyünə ən yüksək məbləğdə pul xərcləyən ilk futbolçu olub.

Bunadək rekord “Everton”un qapıçısı Cordan Pikforda məxsus idi. O, sevgilisinə 546 min avro dəyərində üzük almışdı.

Ronaldo və Corciana cütlüyünün Alana adlı 2 yaşlı qızı var. Eyni zamanda Ronaldonun daşıyıcı analardan Eva və Mateo adlı əkizləri və Kriştiano Junior adını verdiyi 10 yaşlı bir oğlu da var

Digər Xəbərlər
Xəbər Lenti