
Azərbaycanlı futbol azarkeşləri artıq öz sevimli klublarının maskalarından istifadə edə bilər.
Sportinfo.az xəbər verir ki, Türkiyə istehsalı olan bu maskaları yuyub yenidən istifadə etmək mümkündür.
Üzlük uşaqlar və böyüklər üçün nəzərdə tutulub. İlk olaraq «Neftçi», «Qarabağ» və «Xəzər Lənkəran» loqolu maskalar hazıırlanııb. Qiyməti cəmi 7 manatdır və çatdırılma pulsuzdur.
Eyni zamanda, «Qalatasaray», «Beşiktaş» və «Fənərbağça» kimi Türkiyə klublarının fanatı olan azərbaycanlılar da yaddan çıxarılmayıb. Onlar üçün də belə maskalar sifariş olunub.