Bu gün 714 nəfər sağaldı, 318 nəfərdə koronavirus aşkarlandı

31 İyul 16:14 Maraqlı 302
Bu gün 714 nəfər sağaldı, 318 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sportinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

Xəbər Lenti
4 Avqust 17:38 "Barselona" qiymət qoydu