Neymarın anası biseksual sevgilisi ilə münasibətini bərpa etdi

1 İyun 2020 11:06 Maraqlı 1 097
Neymarın anası biseksual sevgilisi ilə münasibətini bərpa etdi

PSJ-nin və Braziliya millisinin hücumçusu Neymarın anası Nadine Qonsalves ötən ay ayrıldığı Tyaqo Ramosla münasibətini bərpa edib

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun 52 yaşlı anası sevgilisinin biseksual olmasını öyrəndikdən sonra ondan ayrılmışdı.

Məlumatlara görə 22 yaşlı kiberidmançı Neymarın şəxsi aşpazı ilə eşq yaşayıb. Ramosun daha əvvələr braziliyalı komediyaçı Karlinyos Maya, milyoner Eduardo Pereyra və PR məsləhətçisi İrinaldo Oliver ilə münasibədə olduğu iddia edilirdi.

Bütün bunlara baxmayaraq, Neymarın anası Ramosu həyatına qaytarıb. "Globe" nəşri cütlüyün San-Paulu sahillərində yaşadığını yazıb. Qadının qohumları cütlüyün münasibətinə etiraz etsə də, Nadine Qonsalves sevgilisi ilə nikah bağlamağa hazırdır.

Neymar daha öncə anasının Ramosla münasibətinə müsbət yanaşaraq, sosial şəbəkədə fotolarına xoş sözlər yazmışdı: "Xoşbəxt ol, ana. Səni sevirəm".

Digər Xəbərlər
Xəbər Lenti