DİQQƏT! Koronavirusun aktivləşdiyi temperatur açıqlandı

29 Mart 2020 21:00 Maraqlı 689
DİQQƏT! Koronavirusun aktivləşdiyi temperatur açıqlandı

Honqkonq universitetinin alimləri koronavirusun ən çox aktiv olduğu temperaturu müəyyən ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə “medRxiv.org” portalında məlumat yayımlanıb.

Açıqlamada qeyd olunur ki, SARS-CoV-2 ən çox 4 dərəcə temperaturda aktiv qalır və dezinfeksiya olunmadığı təqdirdə aktivliyi yalnız 14 gündən sonra azalmağa başlayır. Bununla yanaşı SARS-CoV-2 yüksək temperatura dözmür və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyini itirir.

Həmçinin mütəxəssislər koronavirusun müxtəlif obyektlərin səthində nə qədər qala biləcəyini müəyyənləşdiriblər. Belə ki, virus kağız üzərində üç saata, geyim və emal edilmiş ağacda iki günə, şüşə üzərində dörd günə, plastik maddə üzərində isə yeddi günə aktivliyini itirir.

Əlavə olaraq alimlər virusun tibbi maskaların xarici səthində yeddi günə qədər ola biləcəyini qeyd edib və onların hərtərəfli dezinfeksiya edilməli olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı