Sevgilisi açıqladı ki… VİDEO

5 Mart 03:30 Maraqlı 259
Sevgilisi açıqladı ki… VİDEO

Corcina Rodrigez sevgilisi, "Al-Nassr"ın portuqaliyalı superulduzu Kriştiano Ronaldonun futboldan nə vaxt ayrılacağı ilə bağlı ipucu verib.

Paris moda həftəsində "Al-Nassr" ulduzuna hörmət əlaməti olaraq CR7 formasını geyinən model tədbirdə 39 yaşlı oyunçunun gələn il butslarını mismardan birdəfəlik asa biləcəyini söyləyib.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Rodrigezin ətrafındakılara "Kriştiano bir il daha... Sonra bitəcək. Bəlkə iki, dəqiq bilmirəm" dediyi bildirilib.

Ronaldonun 2026-cı il dünya çempionatında oynamağı hədəflədiyi bildirilirdi.

Bununla belə, Rodrigezin açıqlaması bütün zamanların ən böyük futbolçularından birinin həmin tarixdən daha tez təqaüdə çıxa biləcəyinə işarə kimi qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"