İtaliyalı baş məşqçi Tovuza etdiyi zarafatla diqqət çəkdi - FOTO

11 Mart 2023 16:00 Maraqlı 775
İtaliyalı baş məşqçi Tovuza etdiyi zarafatla diqqət çəkdi - FOTO

Dünən Gəncədə “Kəpəz” – “Zirə” görüşünü izləyən Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi bu gün Tovuza təşrif buyurub.

Matçın start fitindən 40 dəqiqə əvvəl özünü Tovuza çatdıran italyan çalışdırıcı kefi kök görünüb.

O, xidməti avtomobilindən düşərkən bəndənizin şəklini çəkdiyini görüncə, “Tovuzlu jurnalistsiz” sualını verib. Bakıda gəldiyimi biləndən sonra isə “bravo” deyərək reaksiya verib.

De Byazi zarafatından qalmayıb. O, VİP-lojada yer alanda jurnalistlər fotosunu çəkib. Təcrübəli mütəxəssis həmin an telefonunu əlinə alaraq şəklini çəkən media nümayəndələrinin fotosunu telefonunun yaddaşına köçürüb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR