Mahirə vurulan İKİ ZƏRBƏ

26 İyul 2022 17:00 Maraqlı 1 635
Mahirə vurulan İKİ ZƏRBƏ

Mahir Emrelinin “Dinamo” (Zaqreb) karyerasının yarım il olmasına sayılı günlər qalır.

Amma Azərbaycan millisinin üzvü hələ də Xorvatiya təmsilçisində istəniləni verə bilmir.

10 matçda forma geyinmiş 25 yaşlı forvard 2 dəfə adını tabloya yazdıra bilib.

İlk başda “Legiya” ilə məlum qalmaqala görə klubsuz qalması ona problem yaratdısa, tədricən forma yığan milli üzvünə növbəti dəfə zədə mane oldu.

Yenicə bərpa olan futbolçumuzun bu dəfə qayıdıb, nə vaxta özünə gələcəyi, əsas heyət üzvünə çevrilib-çevrilməyəcəyi sual olaraq qalır.

Amma dəqiq olan bir şey var ki, son 6 ayda baş verənlər Mahirin təkcə idman formasına yox, həm də “transfer bazarı”ndakı qiymətinə də təsirsiz ötüşməyib.

Belə ki, Polşa təmsilçisi “Legiya”da onun qiyməti 2 milyon avroya kimi yüksəlmişdi. Elə Zaqreb klubundakı ilk aylarda da rəqəm artmasa belə ən azından yerində sayırdı.

Amma indi Emrelinin dəyəri yarım milyon aşağı düşərək 1.5 milyon olub.

Ümid edək ki, bu dəfə Mahirin özünü doğrultmasına heç nə mane olmayacaq. Və vurduğu qollar qiymətin 2 milyonda da yuxarı qalxmasına töhfə vermiş olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti