Levandovskini hansı klubda görmək istəyir? - Mahirin keçmiş baş məşqçisi

1 İyun 2022 12:00 Maraqlı 657
Levandovskini hansı klubda görmək istəyir? - Mahirin keçmiş baş məşqçisi

Polşa millisinin baş məşqçisi Çeslav Mixnieviç “Bavariya"dan ayrılmaq istəyən polşalı hücumçu Robert Levandovskini görmək istədiyi klubun adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Levandovskini “Liverpul”da görmək istədiyini deyib:

“Robert Levandovskini “Liverpul”da görmək istərdim. Mən bu klubu dəstəkləyirəm”.

Levandovskinin “Bayern”lə müqaviləsi 2023-cü ildə başa çatır. O, ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb,

50 qol vurub və 7 məhsuldar ötürmə edib. Xarici mətbuatda yayılan xəbərlərə görə, hücumçuya əsas namizəd İspaniya “Barselona”sıdır.

Mixneviç Polşa millisindən əvvəl azərbaycanlı hücumçu Mahir Emrelinin də formasını geyindiyi “Legiya”nın baş məşqçisi postunda olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu