Mükafatlandırma mərasimində Rəşad Sadıqovdan anlamlı jest

22 May 2022 23:20 Maraqlı 741
Mükafatlandırma mərasimində Rəşad Sadıqovdan anlamlı jest

Dünən "Azərsun Arena"da bir qələbəlik yaşanırdı.

Belə ki, "Qarabağ" - "Neftçi" (4-1) matçı ilə başa çatan Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimi burada keçirildi.

Medalçıların öz mükafatına qovuşduğu mərasim gözəl anlara səhnə oldu.

Bu əsnada yerli tərəfdarların sabiq kapitanları olan və hazırda "Zirə"ni çalışdıran Rəşad Sadıqovu unutmamaları diqqətdən yayınmadı. Sadiq fanatlar onun adını səsləyincə "Böyük kapitan" tribunalara tərəf gələrək öz təşəkkürünü bildirmiş oldu.

Diqqətcil Sadıqov bununla kifayətlənməyərək "İmarət" tribunasından asılan Milli qəhrəman Allahverdi Bağırov və Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin fotolarına bir-bir yaxınlaşarak qəlbimizdəsiniz jestini etdi.

Onun anlamlı addımı fanatlar tərəfdən böyük coşğu ilə qarşılandı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti