Mahir Emrelinin klubu “Verder”in yetirməsi ilə gücləndi

15 İyun 2021 00:28 Maraqlı 664
Mahir Emrelinin klubu “Verder”in yetirməsi ilə gücləndi

“Legiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 20 yaşlı Maik Navroçkini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Polşalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Navroçki Almaniyanın “Verder” klubunun yetirməsidir. O, son olaraq Polşanın “Varta” komandasında icarə əsasında çıxış edib.

“Legiya” bir müddət əvvəl Azərbaycan millisinin üzvü Mahir Emreli ilə rəsmi müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti