"Şah"la başlayıb, şanssız bitən...

31 Oktyabr 2022 23:40 Köşə 1 975
"Şah"la başlayıb, şanssız bitən...

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti məğlubiyyətini "Nant"dan aldı - 1:2.

Açığı, "Bojuar"da rəqibin güclü start təzyiqini gözləsək də, "Qarabağ"ın sanballı başlanğıcına şahid olduq.

Nə azarkeş, nə səfər təzyiqini hiss etdirməyən komandamız qısa müddətdə ənənəvi oyun sistemini meydana daşıya bildi. Müəyyən qol epizodlarına da girən təmsilçimizin qolunun yetişdiyin belə düşünmək olardı.

Amma sən saydığını say, gör, Şahruddin qapıda nələr düşünür.

Əslində isə düşünmür, düşüncəsiz formada topu rəqibə verir və Blas belə həddiyyəni qaçırmayaraq hesabı açır.

Heç bir təzyiq, təhlükə olmadığı halda "Şah"dan alışdığımız kobud səhvi görüncə, komandanın özünə gəlməsinin zaman alacağı ilk ağıla gələn olur.

Amma sahə oyunçuları sanki qolkiperin bu hərəkətlərinə alışıbmış kimi, heç bir narahatlıq keçirmədən qarşılaşmaya davam etdilər.

Düzdü, fasiləyə kimi rəqib torunu silkələmək mümkün olmadı. Ancaq ikinci yarının startında bərabərlik qolu vuruldu. Əla hücumdan sonra rəqib qapıçının Filip Ozobiçə qarşı kobudluğu penalla qiymətləndirildi. Zərərçəkənin dəqiq zərbəsi tarazlığın bərpa olunmasına yol açdı.

Davamında meydandakı inamlı çıxışını davam etdirən "Qarabağ" qələbə qoluna bir neçə dəfə yaxın oldu. Bir epizodda isə Kadi Borgesin cərimə zərbəsindən vurduğu top qapı çatından qayıtdı.

Hər şey 90-cı dəqiqəyə kimi biz istəyən formada davam etdi. Artıq lazım olan bərabərliklə Bakıya qayıtmağın sevincini yaşamağa hazırlaşarkən hamını şoka salan hadisə yaşandı.

Əlavə vaxtın 4-cü dəqiqəsində cərimə meydançasında topu qəbul edən Banqaya nə müdafiəçilər, nə də Şahruddin mane olmayınca heç-heçənin də əldən çıxdığı rəsmiləşmiş oldu.

XANOĞLAN İMANOV

Xəbər Lenti