Azərbaycan millisinin missiyasını unudanların ACI HƏQİQƏTİ

20 May 2022 23:40 Köşə 1 876
Azərbaycan millisinin missiyasını unudanların ACI HƏQİQƏTİ

Azərbaycan millisinin missiyası ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməkdir.

Beynəlxaq dediyimiz yarışlar da təbii ki, nə Avropa Çempionatıdı, nə də Dünya Çempionatı. Maksimum, qismət olsa Millətlər Liqasının pley-off mərhələsidir.

Amma illərdi milli komandaya cavabdeh olan şəxslər missiyanı unudub, bu məqsədlə ayrılan pulları ora-bura dağıtmaq, kimlərinsə cibini doldurmaqla məşğuldur.

Bura rəhbərlər, əcnəbi məşqçilər, milliləşdirilmiş legionerlər və.s daxildir.

Azərbaycan millisinin azarkeşlərinə ən ağır gələni isə şərəfli formanı müxtəlif millətlərdən olan lazımsız legionerlərin geyinməsidir. Ki, onlar futbolları ilə heç bir fayda verəməməyin fonunda yaxşıca varlana biliblər. Xalqın pulunu ölkələrinə daşıyıb, özlərinə yaxşı gələcək qurublar.

Braziliyalı futbolçu Ernani Pereyra mətbuata verdiyi açıqlamasında acı həqiqəti növbəti dəfə dilinə gətirib.

Belə ki, cəmi 12 oyunluq milliləşdirilinən legioner necə varlanmasını illər sonra etiraf edib:

"Azərbaycan millisində yaxşı pul mükafatları olurdu. Məbləği açıqlamayım, bir mükafatla özümə bahalı avtomobil almışdım. Hətta tanışlarım maraqlanırdılar ki, Azərbaycan millisinə necə düşmək olar (gülür).

Görün, milli komandanı kimlər və necə idarə edir. Şərəfli forma kimlərə geyindirilir, milyonlar kimlərə dağıdılır.

Məncə, əlavə şərhə ehtiyac yoxdur...

XANOĞLAN İMANOV

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?