AFFA-da yeni “inqilab” – Bu dəfə kim yararlanacaq?

18 Aprel 2022 19:40 Köşə 7 062
AFFA-da yeni “inqilab” – Bu dəfə kim yararlanacaq?

AFFA-nın banisi, Azərbaycanın FİFA və UEFA-ya üz qəbul edilməsinin təşkilatçısı Fuad Musayev futbolun cikini də bilirdi, bikini də.

Fuad Musayev nəhəng təşkilatçı idi, sovetlər vaxtında futbol təsərrüfatına kuratorluq edirdi deyə, bu sahədən tama xəbərdardı.

Musayev korrupsuioner, əliəyri, oğru deyildi. Fuad müəllim futbolun inkişafını düşünürdü, futbol təsərrüfatındakı şarlatanlar və cahillərlə mübarizə apara-apara.

Fuad Musayev AFFA prezidenti olduğu üçün hakimiyyət futbola pul ayırmırdı. Musayev şəxsi nüfuzu hesabına milli komandaların var olmasını təmin edir, üstəlik, futbolçu yetişdirmək üçün də işlər görürdü.

Onu devirmək lazım idi. Onu devirmək ona görə lazım idi ki, futbola neftdən pul ayırsınlar və kimlərsə o vəsaiti mənimsəsin.

Musayevə qarşı etirazı yaratdılar,. Etirazçılara neftdən maliyyələşən “Neftçi”nin rəhbərliyi göstəriş verirdi.

Fuad müəllim kütlə ilə mübarizənin mənasız olduğunu anladı və getdi. “Neftçi”nin o vaxtkı rəhbərliyi AFFA-nı ələ keçirdi.

Və sonrakı rəhbərlər isə əvvəlkilərinə müxalif oldu. Pul sel kimi axdı futbola, amma inkişaf yox, intriqa böyüdü.

“Neftçi” rəhbərliyi öz şakərində idi. Hətta milli komandaya futbolçu da vermək istəmirdilər. Fuad Musayevə “torba” tikənlərin özünə “torba” tikilirdi.

“Toprbatikənlər” də “Neftçi”də idi. Neftin pulunun üstündə yatanlar. Ramiz Mirzəyev vəfat etdi və amma AFFA yenə də “Neftçi” rəhbərliyinin “işğalında” qaldı.

Ölkədə isə futbol tənəzzülə uğradı. Günbəgün, saatbasaat.

Həmin vaxt futbol təsərrüfatında olan “İnter”in sabiq idman direktoru Alı Alıyev “Futbol+” qəzetinə verdiyi müsahibədə acı etiraf edib:

“Vaxtilə AFFA-nın mərhum prezidenti Fuad Musayevə qarşı güclü etiraza başladıq.

Dedik ki, futbolu inkişaf etdirmirsən, “Şəfa”nın arxasınca düşmüsən. Amma onun vaxtındakı futbol indikindən 10 dəfə güclü idi”.

Dəhşətli etirafdır. İnqilabı kütlə edir, amma şarlatanlar yararlanır. AFFA yenə də inqilaba hamilədir. AFFA-da inqilab mütləq olacaq.

Amma yəqin ki, bu dəfə inqilabı kütlə yox, yuxarılar edəcək. Bəs yararlanan kim olacaq? Heç şübhəniz olmasın ki...

Natiq Muxtarlı

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı