"Yuxarı"nın əli AFFA-ya dəyməsə…

2 Sentyabr 2021 09:40 Köşə 1 402
"Yuxarı"nın əli AFFA-ya dəyməsə…

Üçüncü oyun, üçüncü məğlubiyyət.

Xeyirli olsun, yoluna belə də davam et, Canni De Byazi!

Səni bunun üçün bura gətiriblər. Gətiriblər ki, məğlubiyyətləri təsbehə düzəsən. AFFA-ya belə xoşdur.

Milli hər dəfə uduzanda, onlar bir qədər də varlanırlar, özlərini vəzifə kreslosunda daha rahat hiss edirlər. 13-14 ildir vəziyyət bucürdür. Dəyişən bir şey yoxdur və olması da gözlənilmir.

Dəyişə bilər nə..? Baş məşqçi. De Byazi gedəcək, Demə Byazi gələcək. Sonra o da yola salınacaq, firtuşqulunun biri gələcək.

Belə-belə illər bir-birini qovacaq, məğlubiyyətlər sıralanacaq, AFFA-dakılar isə milyarderlər siyahısına düşəcək.

Bu adamlardan bir neçəsi bir müddət sonra «Forbes»in üz qabığını bəzəsə, gözlərinizi bərəldib, matdım-matdım baxmayın. Ona doğru gedirlər.

Filan futbolçu potensialından zəif çıxış elədi, filan futbolçu filan epizodda səhvə yol verdi, filan futbolçu…

Qurtarın bu söhbətləri! De Byazinin ikinci hissə boyu əsəbi görünməsini, tez-tez əl-qolunu ölçməsini, cib dəsmalıyla üzünün tərini silməsinin kameraların obyektinə tuş gəlməsini də boş verin.

Bunlar elə-belə şeylərdir, millinin faciəsini, bu uğursuz gedişatın gerçək səbəblərini gizlədə bilməz.

AFFA sıfırlanmalı, yenidən təşkilatlanmalıdır. Bəlaların məkanı, yurdu, yuvası, mənbəyi AFFA-nın şüşəbəndi arxasıında gizlənənlərdir.

Onları yerindən tərpədən olmasa, Lüksemburq məğlubiyyəti kimi hələ neçə-neçə belə alçaldıcıı məğlubiyyətlər görəcəyik.

Bu işin axırıı yoxdur. Bu işin bir dönüşü olmalıdır.

Yuxarıdan bir sehrli əl ümumən futbol meydançasına toxunub, bu top oyunundan milyonlar qatlayıb, biabırçı mənzərə yaradanları ortalıqdan silib-süpürməlidir.

O əl, o barmaq həmin şəxslərə toxunmayana qədər millimiz digər «cırtdanlar»ı da sevincə qərq edəcək.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"