“Neftçi” kimin sifarişi ilə çempion edilib?

18 Avqust 2021 13:00 Köşə 3 030
“Neftçi” kimin sifarişi ilə çempion edilib?

Hə, indi yazmaq olar.

Moldova çempionu “Şerif” Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin, Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında Zaqreb “Dinamo”sunu darmadağın edəndən (3:0) sonra yazmaq olar.

“Şerif”in ÇL-in qrup mərhələsinə adlayacağını iddia etmədən yazmaq olar. Elə Avropa Liqasının qrupu da bəsdir. Bəsdir ki, “bəs Azərbaycan çempionu hanı” sualını verək.

Axı son 7 ildə Azərbaycan çempionu olan komanda, minimum Avropa Liqasının qrup mərhələsində çıxış edib.

İndi nə baş verib? Heç nə, son 7 ildə çempion olan komandanı – “Qarabağ”ı “Neftçi” əvəz edib. Əvəz edib və Çempionlar Liqasının pley-off mərhələsi əldən çıxıb.

Və Avropa Liqasının qrupu xəyal olaraq qalıb.

Və, böyük ehtimalla, Konfrans Liqasının qrupunda da olmayacaq Azərbaycan çempionu.

“Neftçi”nin büdcəsi “Şerif”in büdcəsindən çoxdur. Bunu inkar edə bilmərik. Amma nədənsə, “Şerif” kasıb büdcə ilə elə legionerlər tapıb gətirir ki, “Neftçi”nin aldıqları onların əlinə su tökməyə də yaramaz.

Və bu “Neftçi”ni “sevənlərin” gözlərini yağır etmişdi “Qarabağ”ın 7 il sərasər çempion olması. Amma AFFA-da bərqərar olan bu “istedadlı dələduzlar”ı ölkənin reytinqinə əlavə olunan divident qətiyyən maraqlandırmırdı.

Onları o da maraqlandırmırdı ki, “Qarabağ”ın 7 il sərasər avrokubokların qrup mərhələsində çıxış etməsi, həm də səriştəsiz idarəçiliyini sığortalayır bu “istedadlı dələduzlar”ın.

Şayiə yayırdılar ki, “Qarabağ”ı AFFA çempion edir. Himayə etdikləri komandanı heç cür çempion edə bilmədikləri üçün belə şarlatanlıqdan yararlanırdılar.

Bacarmırdılar “Qarabağ”ı məğlub etməyi. Ta o vaxta kimi ki, bunu “Qarabağ” özü istədi.

Güman ki, “Qarabağ” da bezdi şarlatanların iddialarından. İndi də o fikirdəyəm ki, ötən mövsüm “Neftçi” çempion olmadı, “Qarabağ” özü çempionluqdan imtina etdi.

İmtina etdi ki, “Neftçi”ni çempion görmək istəyənlərə, daha doğrusu, “Qarabağ”ı gözü götürməyənlərə bəzi mətləbləri qandırsın.

Qanmaya bilməzlər bundan sonra. Azərbaycan çempionunu kötəkləyə-kötəkləyə ÇL-dən Konfrans Liqasının qapısının ağzına qədər qovublar.

Güman ki, ora da buraxmayacaqlar. Və o ehtimal da var ki, son 8 ildə ilk dəfə Azərbaycan avrokubokların qrup mərhələsində olmasın. Bu vəzifənin yerinə yetirmək isə çempionun boynunun borcu idi.

Azərbaycan avrokubokların qrup mərhələsində olmayacaqsa, öncə kimlər tənqid ediləcək? İlk növbədə AFFA-da qərar tutan “istedadlı dələduzlar”. Və onları yenə də kim xilas edə bilər? Əlbəttə ki, “Qarabağ”.

Güman edirsiniz ki, daha “həvəsdir, bəsdir” deyib dayanarlar? Güman edirsiniz ki, indi “Qarabağ”ın “Aberdin” səddini keçməsi üçün dua edirlər?

Mən elə düşünmürəm. Paraşüt açılsa, sağ-salamat yerə ensələr, yenə də həmən adamlar olacaqlar. “İstedadlı dələduzlar” islah olunmurlar.

Natiq Muxtarl

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"