Siz gedin, sponsor gəlsin!

1 Avqust 2021 15:00 Köşə 1 463
Siz gedin, sponsor gəlsin!

PFL prezidenti Ramin Musayev yenə də gileylənib.

Çempionata sponsorluq etmək istəyənlər yoxdur.

Ramin müəllim bunun səbəbini demək, real addım atmaq əvəzinə "çempionatımız zəifdir" deyənlərdən gileylənib.

Qəribə adamdır, bizim bu Ramin müəllim. Həqiqəti deyənlərdən gileylənir.

Onu qınamıram, o qədər həqiqətə xor baxıb, həqiqətə xor baxanlarla işləyib, həqiqəti deyənləri görəndə, elə bil cin görür.

Ramin müəllim, futbol adamları nə deməldirilər ki? Deməlidirlər çempionatımız güclüdür. Lap deyək ki, dedilər, sponsorlar özləri görmürlər ki, bizdə çempionat yoxdur?

Siz oturun, bizdə çempionat olmamağın, ölkədə cəmisi 8 komandanın olmasının səbəblərini deyin.

Deyin ki, AFFA rəhbərliyinin qeyri-peşəkar idarəçiliyi bizi bu günə saldı. Deyin ki, Azərbaycan çempionatında sağlam rəqabətin olmamağı sposonrları qaçırtdı futboldan.

Ramin müəllim, gəlin nala-mıxa vurmayaq, düz oturaq, düz də danışaq.

Nə qədər ki AFFA-ya belə şəxslər rəhbərlik edirlər, Azərbaycanda futbola yalnız axmaqlar sponsorluq edər. İndi axmaqlar da ki, yoxdur, şükür Allah.

Deyirsiniz ki, çəkici bir yerə vurmalıyıq. AFFa rəhbərləri çəkiçi iş görənlərin başına vururlar, başına.

Ramin müəllim, içi siz qarşıq bu adamlar futbol təsərrüfatından ilim-ilim itməsələr, heç bir kopayoğlu bu sahəyə sponsorluq etməyəcək.

Bunu ki, yaxşı bilirsiniz. Day gileylənməyə nə hacət...

Natiq Muxtarlı

Xəbər Lenti