Sponsor var, Ramin Musayev

30 İyul 2021 21:00 Köşə 2 220
Sponsor var, Ramin Musayev

Bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb.

Püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamaları ilə "gündəm" olub.

Musayev AFFA-nı müdafiə etmək məcburiyyətindən doğan açıqlamalar verib. Hamını günahkar çıxarıb. Yenə həmişəki qabaqdangəlmişliklə "Sponsor varsa, çağırın gəlsin" deyib.

Cənab Musayev, bəli, sponsor var!

Onu heç axtarmağa da ehtiyac yoxdur. Sponsor sizin müdafiəsinə qalxdığınız AFFA-dı. Binasında oturduğunuz AFFA!

Sponsor "Keşlə"yə gözünü qırpmadan 6-7 milyon ayıran AFFA-dı.

Həmin pula minimum 3 klub saxlamaq olar. Həm də həmin "Keşlə"dən daha urvatlı, daha abırlı.

Bakının mərkəzində də yox, bölgələrdə - Gəncədə, Tovuzda, Qusarda.

Bəlkə də çoxuna dediklərim xulya gələr. Premyer Liqa, bölgə klubu və 1.5-2 milyon manat?

Bəli, eynən elə. Havadan-sudan yox, reallıqdan danışırım.

Məsələn, ötən mövsüm "Qəbələ"nin əsas komandasının xərclərini qarşılamağa 1 milyon bəs edib. Dəqiq rəqəm isə 1 milyondan da bir qədər azdır.

Bu gün də kimi danışdırsaq həmin "Qəbələ"nin çıxışından danışacaq. Deməli, mümkündür. Sadəcə vicdanla işləmək, qəpiyin hesabın aparmaq lazımdır.

Ötən mövsümkü "Qəbələ" rəhbərliyi kimi.

Xanoğlan İmanov

Xəbər Lenti