“Qarabağ”ın oyununda köhnəlmiş şüar

23 İyul 2021 10:40 Köşə 1 404
“Qarabağ”ın oyununda köhnəlmiş şüar

“Qarabağ”ın “Aşdod”la oyununda stadionda azarkeş az olsa da, “köhlən atlar”ın fan-klubları elə möhtəşəm atmosfer yaratdılar ki, bu boşluq hiss olunmadı.

Fanatlar oxudular, alqışladılar, şüarlar səsləndirdilər.

Uzun illər Azərbaycanın bütün klublarının azarkeşləri beynəlxalq qarşılaşmalarda “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər. Torpaqları işğal altında olan ölkənin vətəndaşları bu yolla istəklərini, mübarizə ruhlarını nümayiş etdiriblər.

Artıq Azərbaycanın şanlı Ordusu ərazi bütövlüyümüzü təmin edib. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişə keçmişdə qalıb.

Bundan sonra inkişaf, quruculuq mərhələsi başlayır. Təbii, regionda marağı olan ölkələr məğlub edilmiş düşməni “dəmləməklə” bu prosesə mane olmağa çalışırlar.

Ancaq yenə də Prezidentin sözlərini yada salmalıyıq: “Ermənilər istəsə də, istəməsə də, bu proses baş verəcək”.

Bu prosesin tərkib hissəsi həm də Zəngəzur dəhlizidir. Ermənistan mətbuatını mütəmadi izlədiyimdən, əminliklə deyə bilərəm ki, hazırda düşmənin yadına Qarabağ düşmür.

Ermənilər Zəngəzur hayındadırlar. Prezidentin “Göyçə də, İrəvan da qədim Azərbaycan torpaqlarıdır, biz mütləq ora qayıdacağıq” deməsindən sonra isə bu əbləhlərin yadına beynəlxalq hüquq-zad da düşüb. 30 il tüpürmək istəmədikləri hüquq.

Artıq zamanıdır. Klublarımızın azarkeşləri də yeni trendləri qəbul etməlidirlər. Bu trendlərin mesajını isə Prezident cəmiyyətə ötürüb.

“Qarabağ” bizimdir, bizim də olacaq” şüarını müzəffər Ordumuz köhnəldib.

Bundan sonra “Zəngəzur bizimdir, bizim olacaq”, “İrəvan bizimdir, bizim olacaq, “Göyçə bizimdir, bizim olacaq” şüarları səslənməlidir stadionlarda.

Azərbaycan stadionlarında “Zəngəzur bizimdir, bizim olacaq” şüarının səslənməsinin dığalara necə od vuracağını təsəvvür edirsiniz? Narahat olmayın, məlumat əldə edəcəklər, stadiondan çəkilmiş videolar vasitəsilə görəcəklər bunu.

Ermənilərin yadına beynəlxalq hüquq düşübmüş. Onlar belə hüquq-zad tanımırlar. Sadəcə qorxurlar indi. Bizim Zəngəzur, Göyçə, İrəvan istəyimizdən qorxurlar.

Haydı, fanatlar , onların qorxusunun üstünə qorxu gətirmək lazımdır. Ordumuzun - şəhidlərimizin, qazilərimizin köhnəltdiyi şüarlardan imtina etmək lazımdır.

Yeni şüarlar da bəllidir: “Zəngəzur bizimdir, bizim olacaq”, “İrəvan bizimdir, bizim olacaq, “Göyçə bizimdir, bizim olacaq”.

Natiq Muxtarlı

Xəbər Lenti