"Qəbələ"nin qəsdinə duran

2 İyul 2021 16:40 Köşə 1 334
"Qəbələ"nin qəsdinə duran

Azərbaycan futbolunun qəsdinə duran AFFA indi də "Qəbələ"yə qənim kəsilib.

Ötən mövsüm bölgə klubuna 1.5 milyon manat yardım ayıran federasiya rəhbərliyi yeni mövsüm üçün də eyni məbləği ayırmaqda israrlıdır.

"Qəbələ"ə rəhbərliyi isə məbləğin artırılmasını hər fürsətdə dilə gətirir.

Çünki verilən pulla əsas komandanı, akademiyanı və I divizon üçün komandanı saxlamaq faktiki mümkünsüzdür.

Ya akademiyanın boğazından kəsməlisən, ya da I divizionun. Əsas komandanın kisəsindən isə ötən ildən onsuz da kəsilib.

Əlavə istənilən məbləğ isə cəmi 200-300 min manatdır. Lap olsun 500 min manat. Həqiqətənmi 500 min manatı AFFA-nın ödəmək gücü yoxdur?

Təbii ki, var. Olmasa, bəs o birilərə 6-7 milyon manat necə ayrılır? Onlara ki "Qəbələ"dən fərqli olaraq, büdcəni mənasız transferlərə dağıtmaqla məşğuldur.

Həmin məbləğ Fariz Nəcəfovun prezidenti olduğu klubu ayrılsa, bəlkə çempionluğa oynayacaq komanda formalaşdırar. Akademiyanı da işi öz yerində.

Bəlkə də kimlərsə qınayacaq ki, AFFA klub saxlayan qrumdurmu? Bəli, deyil. Bəs o zaman digərləri niyə saxlanır?

Deməli, AFFA həm də klub saxlayan qurumdur. Amma onun dediyi ilə oturub-duranlar üçün. "Qəbələ" kimi müstəqil klublara isə hər fürsətdə maneə törədilir. Ki, vassallığı qəbul etsin.

Deyə bilərsiz ki, bəs o zaman 1.5 milyon manat niyə ayrılır? 1.5 milyonu vermək gözdən pərdə asmaqdır. Sabah çıxıb deyə bilsinlər ki, "bəs gördüz də biz əlimizdən gələni etdik, amma komanda yaşamadı".

Ancaq komandanın rahat yaşaması üçün lazım olan əlavə 500 min və ya daha yüksək məbləğ isə ona görə verilmir ki, elə komanda yaşamasın.

Axı həm müstəqil, həm də bölgəni təmsil edən klub AFFA-nın nəyinə lazımdır. Ki, Bakı çempionatının ritmi pozular ..

Xanoğlan İmanov

Xəbər Lenti