Bəlkə də bu sözləri eşitmək şox qəribə gələr

12 May 2021 16:40 Köşə 1 624
Bəlkə də bu sözləri eşitmək şox qəribə gələr

Birillik fasilədən sonra Azərbaycan kuboku yeni sahibinə qovuşa bilər.

Əgər pandemiya ilə bağlı hər hansısa problem yaşanmasa, kubokun yeni sahibi mayın 24-də bəlli olacaq.

Ötən il, ümumiyyətlə, futbol yarışları yarımçıq qaldı. Elə ölkə kuboku da sahibini tapmadı. Ondan əvvəlki iki il isə builki finalçıların iştirakı ilə həlledici oyunlar keçirilib.

Lakin 2018-ci ildə "Keşlə" "Qəbələ"ni məğlub edib tarixinin ən yüksək nailiyyətinə sahib çıxmışdısa, "Sumqayıt" ilk finalında tarixinin ilk titulunu qazanan "Qəbələ"yə məğlub olmuşdu.

Hər iki oyunda cəmi bir qol vurulmuşdu. Bu dəfə isə "Sumqayıt" tarixinin ilk böyük sətrini yaza bilər.

Əlbəttə, bəlkə də nəticələrə baxmadan bu sözləri eşitmək şox qəribə gələr. Lakin həqiqətən də, builki ölkə kuboku tarixdə xüsusi yer tutacaq. Təkcə favoritlərin uduzması ilə deyil, həm də qalmaqalları ilə.

İlk öncə onu qeyd etmək yerinə düşər ki, "Qarabağ"la "Sumqayıt"ın rəqabəti fantastik məcrada keçdi. Qapılara vurulmayan qollar göz oxşadı və qarşılaşma da elə buna görə sona qədər maraq içində keçdi.

Nə qədər qəribə olsa da, "Qarabağ" bu matçın taleyini həll edə bilmədi və penaltilər seriyasının məhz 5-ci zərbələri, deyərdim ki, psixoloji tilsimi qırdı. Beləliklə, ölkə kuboku uğrunda mübarizənin 29 illik tarixində 29-cu dəfə qalibi penaltilər seriyası müəyyənləşdirdi.

"Zirə" isə "Keşlə" ilə oyuna yanaşmasının acısını çəkdi. İlk matçda qələbə komandanı çox dəyişmişdi.

Zənnimcə, "Zirə" milli çempionatın turnir cədvəlindəki mövqeyinə uyğun oyun göstərməli və rəqiblərinin üzərinə daha fəal və planlı təzyiqlə getməlidir.

Əks halda, artıq onun oyun stilinə bələd olanlar istədikləri tempi tutaraq nəticə də əldə edirlər.

"Keşlə" də istisna olmadı və matç sözün həqiqi mənasında het-trikə imza atan Sezar Meza Kollinin benefisinə çevrildi. Xüsusən, onun vurduğu sonuncu qol - sürətlə irəliləyib təxminən 25 metrdən qapının sol aşağı küncünə tuşladığı top toru silkələyərək ev sahiblərinin bütün ümidlərini puç etdi.

Matçda ən gərgin anlar penalti epizodunda baş verdi. Yan xətt hakiminin qərarı ilə ev sahibi futbolçunun rəqibinə topsuz vəziyyətdə zərbə endirməsindən sonra referi penalti qərarı versə də, rabitə vasitəsilə uzun-uzadı məsləhətləşməsi ev sahibinin baş məşqçisi də daxil olmaqla, qəzəbə keçərək etirazlara gətirib çıxardı və nəticədə, oyunun ipi əldən verildi.

Kubok tarixində ilk dəfə ardıcıl iki final matçına eyni mütəxəssislər komandaların baş məşqçisi kimi üz-üzə olacaqlar.

2018/19-cu illər mövsümündə də "Sumqayıt"ı həlledici qarşılaşmaya yüksəltmiş Ayxan Abbasov o vaxt "Qəbələ"nin baş məşqçisi olan Sənan Qurbanovla qarşı-qarşıya gələcək.

Yeri gəlmişkən, onu da deyək ki, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər ardıcıl 3 dəfə finala adını yazdıran mütəxəssislər buna yalnız eyni klubla nail olublar.

Onu da xüsusi əlavə edək ki, final matçının tarixinin 28 maydan ayın 24-nə keçirilməsi ilə yanaşı, məkanı da bəlli olub.

BATI YAR

Xəbər Lenti